Mursini devirən feldmarşal prezident olmaq istəyir
Misirdə keçmiş prezident Məhəmməd Mursinin devrilməsi ilə nəticələnən qiyamın əsas siması - hazırkı müdafiə naziri Əbdül Fəttah əs-Sisi prezident seçkilərində iştirak etmək qərarına gəlib. O, bununla bağlı xalqa müraciət edib. Feldmarşal misirliləri ona səs verməyə çağırsa da, "möcüzə vəd etmədiyini" əvvəlcədən bildirib.
Əbdül Fəttah əs-Sisi prezidentliyə namizəd olmaq üçün müdafiə naziri postunu tərk etməlidir. Hazırda onun istefa müraciətinə Misirin müvəqqəti prezidenti Ədli Mənsul baxır.
Misirdə isə toqquşmalarla müşayiət olunan etiraz aksiyaları səngimir. Dünən Qahirədəki kütləvi iğtişaşlar nəticəsində iki nəfər - bir tələbə və bir polis əməkdaşı ölüb. Qahirə Universitetinin tələbələrinin etiraz aksiyası zamanı 12 nəfər xəsarət alıb. Fəaliyyəti qadağan edilmiş "Müsəlman qardaşları" hərəkətinin tərəfdarı olan tələbələr devrilmiş prezidentin 500-dən çox dəstəkçisi haqqında ölüm hökmünün çıxarılmasına etiraz ediblər.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib