Salyanda avtomobilləri talayan Bakı sakinləri yaxalanıb
Salyan rayonunda avtomobildən oğurluq edilib. Naməlum şəxslər şəhər sakini Tapdıq Zayıdova məxsus “VAZ-21015” markalı avtomobilin arxa nəfəsliyini bıçaqla açaraq salona soxulublar. Oradan 250 manat dəyərində olan “Pioneer” markalı maqnitafonu oğurlayıblar.
PRŞ-nin müstəntiqi Şamxal Nəcəfov deyib ki, həmin gecə Salyan şəhər sakini Nazim Məmmədyarovun yaşadığı ünvanın yaxınlığında saxladığı "QAZ 2705" markalı avtomobili də oğurlayaraq talayıblar.
Salyan Rayon Polis Şöbəsi ilə Baş Dövlət Yol Polis İdarəsinin 7-ci taqım bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Hacıqabulun Nəvahı kəndində yaxalanıb. Məlum olub ki, onlar Bakı şəhər sakinləri, 21 yaşlı Hüseyn Məmmədəliyev və 20 yaşlı Ceyhun Rəşidovdur. Şöbəyə gətirilən şübhəlilər ilkin dindirilmə zamanı törətdikləri cinayəti etiraf ediblər.
Hazırda Salyan rayon polis şöbəsində həmin şəxslərin analoji cinayətlərdə iştirakının olub-olmamağı istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib