Obama: "Rusiya vəziyyəti gərginləşdirsə..."
Haaqada keçirilən nüvə sammitinin bağlanışında ABŞ prezidenti Barak Obama çıxış edib. APA TV-nin xəbərinə görə, Ağ Ev rəhbəri ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan danışıb. Barak Obamanın sözlərinə görə, Rusiya vəziyyəti gərginləşməsinə gətirəcək addım atarsa, bunun “hesabını” ödəməli olacaq və daha sərt sanksiyalarla üzləşəcək. Krım referendumunun nəticələrini tanımadığını deyən ABŞ prezidenti bu məsələdə göstərdiyi təmkinliliyə görə Ukrayna baş naziri Arseni Yatsenyuku alqışlayıb.
Obama bildirib ki, hazırda Ukrayna üçün əsas məsələ seçkiləri vaxtı-vaxtında keçirməkdir. ABŞ prezidenti Ukrayna hökümətinin böhranın diplomatik yolla həlli üçün göstərdiyi təşəbbüsü qeyd edərək, Rusiyanı beynəlxalq normalara əməl etməyə və danışıqlara gəlməyə çağırıb.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib