İsmayıllıda dəhşət: oğul atasını kərpic və balta ilə qətlə yetirib
İsmayıllı rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayon sakini Sadiq Həlimov evində ailə-məişət münaqişəsi zəminində atası Nadir Həlimova kərpic və balta ilə xəsarət yetirib. Nadir Həlim baş nahiyəsindən aldığı zərbələr nəticəsində ölüb. Rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, ölümə ata və oğul arasında yaranan münaqişə səbəb olub. Hadisə baş verən gün Sadiq əsəbiləşərək atasına məxsus maşını əzəcəyini bildirib. Ata oğlunu sakitləşdirmək məqsədilə onu yatmasını məsləhət görüb. Buna məhəl qoymayan oğul atasına hücum çəkib və həyətdə əlinə keçən kərpic parcası ilə atasının baş nahiyəsinə vurub, sonra isə baltanı götürərək bir neçə dəfə onun başına zərbə endirib. Həyətdə baş verən hadisəni eşiden qonşular köməyə gəliblər. Qonşular Həlimov Nadiri öz avtomobilinə qoyaraq mərkəzi rayon xəstəxanasına apararkən yolda keçinib.
Sadiq Həlimovun ruhi xəstə olduğu və bu səbəbdən də ailə üzvləri ilə aralarında tez-tez münaqişə yarandığı bildirilir.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib