Dağıstanda silahlı birləşmənin lideri öldürüldü
Dağıstanda polislə yaraqlılar arasında atışma baş verib. Atışma martın 25-də yerli vaxtla səhər saat 8-də paytaxt Mahaçqalanın Xasavyurt şəhərində qeydə alınıb. Daxili İşlər Nazirliyinin əməkdaşları "VAZ-2114" markalı avtomobili saxlayıblar. Avtomobildəkilər polislərin sənəd tələbinə atəşlə cavab veriblər. Atışma zamanı silahlı yaraqlılar zərərsizləşdirilib.
APA TV-nin xəbərinə görə, ilkin araşdırma zamanı öldürülən üç döyüşçünün Babayurt silahlı qruplaşmasının üzvü olduğu müəyyənləşib. Dağıstan Daxili İşlər Nazirliyinin yaydığı son xəbərə əsasən, öldürüləndən biri 2011-ci ildən müxtəlif cinayətlər törətməkdə, terrorçu qruplaşma yaratmaqda təqsirli bilinərək axtarışa verilən Babayurt silahlı qruplaşmanın başçısı İdris Akavovdur.
Baş verən silahlı insident nəticəsində polislər xəsarət almayıb. Hazırda hadisə yerində istintaq təbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib