“Azərpoçt”un seyfi oğurlandı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Zaqatala rayon filialının Aşağı Tala kənd şöbəsindən seyf oğurlanıb. Zaqatala Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, martın 24-ünə keçən gecə naməlum şəxs və ya şəxslər poçt binasının pəncərəsinin dəmir barmaqlıqlarını çıxararaq binaya daxil olublar. Daha sonra nəməlum şəxs və ya şəxslər poçt şöbəsindən seyfi oğurlayaraq hadisə yerindən qaçıblar. Verilən məlumata görə, seyfdə 800 manat pul və sənədlər olub.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi açılıb. Poçt binasından oğurluq edən şəxs və ya şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
OXŞAR XƏBƏRLƏR
18:30
1127
Niderlanda yeni səfir təyin edildi
18:28
987
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1876
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1373
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1894
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1135