Masallıda güclü yanğın! Ev külə döndü!
Masallıda güclü yanğın hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə rayonun Şatıroba kənd sakini Maqsud Mirsaleh oğlu Ağayevə məxsus fərdi yaşayış evində qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsindən 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin və alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 140 kvadratmetr olan birmərtəbəli, 3 otaqlı evin 2 otağı içindəki məişət avadanlıqları ilə birlikdə yanaraq yarasız vəziyyətə düşüb.
İlkin versiya kimi yanğına elektrik naqillərindəki qısaqapanmanın səbəb olduğu bildirilir.
Yanğının dəqiq səbəbləri isə ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı FHN-nin Masallı Rayon Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib