Salyan sakinindən 489 qram tiryək götürülüb
Salyan polisi narkotik vasitələrin qanunsuz olaraq əldə etmə və saxlanması ilə məşğul olan rayon sakinini saxlayıb. Şöbəyə gətirilən həmin şəxs törətdiyi cinayəti etiraf edib.
Daxil olmuş məlumat əsasında Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib. Əməliyyat tədbirləri zamanı rayonun Şəkərli kənd sakini, 25 yaşlı Yusif Qulu oğlu Abdullayev şübhəli bilinərək saxlanılıb. Polis şöbəsinə gətirilən Yusif Abdullayevin üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Baxış zamanı əynindəki qara rəngli gödəkcəsində gizlətdiyi əl çantasının içərisindən 2 ədəd sellofona bükülmüş 489 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.
İlkin dindirilmə zamanı Yusif Abdullayev törətdiyi cinayətdən peşman olduğunu bildirib.
Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib