Lənkəranda yanğın baş verib
Lənkəranda içərisində iribuynuzlu mal-qara bağlanmış tövlədə yanğın hadisəsi baş verib. Hadisə nəticəsində iki tövlə və xeyli sayda ot bağlaması yanaraq külə dönüb. APA TV-nin Cənub bürosunun məlumatına görə, yanğın hadisəsi rayonun Cil kəndində Məmmədovlar ailəsinə məxsus iki tövlədə qeydə alınıb. Əvvəlcə birinci tövləni ağuşuna alan güclü alov dalğası sürətlə əhatə dairəsini genişləndirərək digər bitişik tövləyə də keçib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində yanğının yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Tövlələrdəki iribuynuzlu mal-qara isə vaxtında çölə çıxarılaraq yanğından mühafizə olunub. Yanğın nəticəsində İldırım Məmmədova məxsus ümumi sahəsi 130 kvadratmetr olan tövlənin 30 kvadratmetr, Mütəllim Məmmədova məxsus ümumi sahəsi 70 kvadratmetr olan tövlənin isə 10 kvadratmetr ərazisi və onların damına yığılmış 2 tondan çox ot bağlaması yanaraq külə dönüb.
İlkin versiya kimi yanğının elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verdiyi ehtimal olunur. Yanğının baş verməsinin dəqiq səbəbləri isə ekspertizanın rəyindən sonra məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib