Göygöldə “VAZ 2107” zəncirvari qəza törətdi
Göygöldə zəncirvarı qəza baş verib. Rayonunun Yeni Qızılca kəndi ərazisində baş verən qəzada 4 avtomobil toqquşub. Nəticədə iki nəfər xəsarət alıb.
APA TV-nin xəbərinə görə, 1983-cü il təvəllüdlü Natiq Həsənov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Gəncə istiqamətinə hərəkətdə olarkən eyni istiqamətə gedən Yusif Məmmədovun idarə etdiyi “VAZ 21011” markalı avtomobili ötüb keçmək istəyib.
Bu zaman idarəetməni itirən sürücü avtomobili yolun kənarında dayanan Gəncə sakini Bəxtiyar Cəfərova məxsus “VAZ 2107” və Pərviz Sadıqovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurub. Nəticədə avtomobillərin dördünə də ciddi ziyan dəyib. Ötmə əməliyyatı yerinə yetirən sürücü Natiq Həsənov və Bəxtiyar Cəfərov ağır dərəcəli xəsarətlərlə Gəncə şəhər Təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Həkimlər onların vəziyyətlərinin ağır olduğunu bildirirlər. İlkin ehtimallara görə, qəzaya səbəb yüksək sürət olub. Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib