Şamaxıda uçqun! İki nəfər torpaq altında qaldı!
Şamaxıda iki nəfər su-kanalizasiya xəttinin çəkilişi zamanı torpağın altında qalaraq dünyasını dəyişib. APA TV-nin məlumatına görə, hadisə Şamaxı şəhərində qeydə alınıb. Şamaxı-Pirqulu yolunun kənarında salınan yeni yaşayış massivinə su-kanalizasiya xəttinin çəkilişini həyata keçirən təmir-tikinti şirkətinin iki işçisi bədbəxt hadisə nəticəsində ölüb. Məlumata gör, boru xəttinin çəkilişi üçün qazılan eni 2 metr, dərinliyi 3 metr olan xəndəyin divarları qəflətən uçub və orada qaynaq işləri görən Şamaxı şəhər sakini 44 yaşlı Şirəliyev Aydın Vaqif oğlu və rayonun Carhan kənd sakini 43 yaşlı Söhbətov Müslüm Alı oğlu torpaq altında qalıb. Əraziyə FHN-nin Şamaxı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib. Bir saat ərazində torpağın altında qalan hər iki şəxs dünyasını dəyişib. Onların meyitləri çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə verilib.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib