Səhiyyə Nazirliyi: CƏLİLABADDA ƏKİZ UŞAQLAR ANA BƏTNİNDƏ ÖLÜBMÜŞ
Səhiyyə Nazirliyi Cəlilabad rayonunda doğuş zamanı əkiz körpənin ölümü və ananın Bakıya gətirilməsi ilə bağlı məsələyə münasibət bildirib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədrili APA-ya açıqlamasında deyib ki, Cəlilabad rayonunda doğuş zamanı əkiz körpələrini itirən 1989-cu il təvəllüdlü Gülnarə Şəmiyevanı Bakıya nəql etmək hələlik mümkün deyil: "Cərrahiyyə əməliyyatı yeni olduğu üçün onun Bakıya gətirilməsi xəstədə problem yarada bilər. Lakin Bakıdan reanimatoloqlar briqadası və Lənkəran Perinatal Mərkəzindən mütəxəssis qrupu Cəlilabada göndərilib. Onlar yerində xəstənin vəziyyətini öyrənib onun sağlamlığı ilə məşğul olacaqlar”.
Nazirlik rəsmisi vurğulayıb ki, Gülnarə Şəmiyeva doğuşla əlaqədar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının Doğum Şöbəsinə gətirilərkən uşaqlar artıq ananın qarnında ölmüş vəziyyətdə olub. Qadında antenatal ölüm baş verdiyini deyən Anar Qədirli bildirib ki, bunun səbəbləri hələki məlum deyil: “Böyük ehtimalla ana xəstəxanaya gəlmədən öncə yıxılıb və bu da antenatal ölümə səbəb olub”.
APA TV xəbər verir ki, faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib