İbrahim Mehdiyev: "Artıq "Sovetski" camaatı axışır ki, pulumuzu verin, köçək"
"Artıq "Sovetski"də camaat axışır, deyir, "pulumuzu verin, köçək". Artıq 110 nəfərə yaxın adam pulunu alıb. Bir aydan sonra onlar özlərinə ev tapdıqdan sonra oranı sökəcəyik. Artıq söküntüyə başlamışıq".
Bunu APA TV-yə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev "Sovetiski" adlanan ərazidəki sakinlərin köçürülməsi ilə bağlı son vəziyyət haqqında danışarkən deyib. Onun sözlərinə görə, bu vaxta kimi artıq 20-dən çox ev sökülüb: "Bir neçə günə sökülməlidir. İnanın ki, gələnlər həddən artıq çoxdur. Gün ərzində 25-30 nəfər müraciət edir".
Mənzilinin sahəsi az olan sakinlərə əlavə kompensasiyanın ödənilməsinə gəlincə icra başçısı bildirib ki, bu məsələ Nazirlər Kabinetində müzakirə olunur.
OXŞAR XƏBƏRLƏR
17:21
152
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
157
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
178
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1223
Niderlanda yeni səfir təyin edildi
18:28
1079
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1964