Bakıda qasırğa: AĞACLAR MAŞINLARIN ÜSTÜNƏ AŞIB
Bakıda əsən güclü külək fəsadlara yol açıb. APA TV-nin xəbərinə görə, paytaxtın Səbayel rayonu, İstiqlaliyyət küçəsində irigövdəli ağac yoldan keçən "VAZ 2107" və "Wolswagen Golf" markalı avtomobillərin üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Yolu kəsən ağac İstiqlaliyyət küçəsində nəqliyyatın hərəkətinə də mane olub.
Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində isə reklam lövhəsi aşıb. Nəticədə yoldan keçən avtomobillərin hərəkəti üçün mane yaranıb.
Eyni zamanda yaxınlıqdakı ara küçədə ağac "Mercedes Benz" markalı avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.
OXŞAR XƏBƏRLƏR
17:21
254
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
275
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
262
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1226
Niderlanda yeni səfir təyin edildi
18:28
1082
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1967