Azərbaycanda güclü qasırğa: ağaclar, elektrik dirəkləri aşdı, dam örtükləri üçdu
Martın 17-də səhər saatlarında Azərbaycanın qərb bölgəsində güclü qasırğa olub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Tovuz Qazax, Ağstafa və Şəmkir rayonlarında külək bir sıra fəsadlar yaradıb. Şəmkir rayonunda evlərin dam örtüyünün və ağacların küləyin təsirində qopub.
Gəncədə isə güclü külək bəzi ərazilərdə elektrik naqillərinin qırdığından, enerji təminatında fəsadlar yaranıb.
Güclü küləyin təsirindən Şəmkirdən Gədəbəyə gedən elektirk xəttini qırılıb.
Gədəbəy rayon İcra Hakimiyyəti başçısının müavini Qüdrət Paşayevin APA TV-nın qərb bürosuna verdiyi məlumata görə, səhər saatlarından başlayan qasırğa rayonun Yasamal aşırımındakı elektrik dirəyini aşırıb. Nəticədə Şəmkirin Zəyəm qəsəbəsindən Gədəbəy rayonuna gedən 35 minlik elektrik naqili qırılıb və rayon enerjisizi qalıb. Q. Paşayev bildirib ki, hazırda ərazidə iş gedir, yaxın iki saatda enerji təminatının bərpa ediləcək.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib