Salyanda hindtoyuğu oğrusu ələ keçib
Salyan polisi ev quşlarının oğurluğu ilə məşğul olan rayon sakinini saxlayıb. Rayonun Xələc kənd sakini, 27 yaşlı Amal Mehdiyev şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib. APA TV-nin xəbərinə görə, ilkin istintaq zamanı məlum olub ki, Amal Mehdiyev müxtəlif vaxtlarda 4 nəfər kənd sakininin təsərrüfatından ümumilikdə 21 baş hindtoyuğunu oğurlayıb. Nəticədə vətəndaşlara 700 manata yaxın ziyan vurub. Polis şöbəsində saxlanılan Amal Mehdiyev törətdiyi cinayətindən peşman olduğunu etiraf edib. Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:21
330
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
358
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
341
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1230
Niderlanda yeni səfir təyin edildi
18:28
1086
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1971