Piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib
Qaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Qaxın Tasmalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1965-ci il təvəllüdlü məcburi köçkün Abdullayev Nazim Azay oğlu idarə etdi "Toyota Prado" markalı maşınla Zaqatala rayonu istiqamətinə hərəkətdə olarkən yolu keçmək istəyən, şəxsiyyəti hələlik məlum olmayan 40-45 yaşında qadını vurub. Sürücü Nazim Abdullayev xəsarət alan qadını Zaqatala Mərkəzi Rayon Xəstəxanasına apararkən qadın yolda keçinib. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:21
366
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
394
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
373
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1232
Niderlanda yeni səfir təyin edildi
18:28
1089
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1973