Qarnına armatur girən məktəblinin vəziyyəti ağırdır
Cəlilabad rayonunda 17 yaşlı məktəblinin yaralanması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Hərəkətdə olan qoşqulu traktorun yük hissəsindəki armatur kənd sakini Arif Nəsiriovun idarə etdiyi “Muravey” markalı motosikletin yük yerində oturan 17 yaşlı Nurlan Əliyevin qarın nahiyəsinə bataraq kürəyindən çıxıb. Yaralı dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Bununla belə hazırda Nurlan Əliyevin vəziyyəti ağır olaraq qalmaqdadır.
İlkin versiya kimi hadisənin traktorun sürücüsünün təhlükəsizlik qaydalarına düzgün riayət etməməsi səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib