Nəqliyyat Nazirliyinin müfəttişi qəza törətdi və hadisə yerindən qaçmaq istədi
Bakıda Nəqliyyat Nazirliyinin müfəttişləri ilə taksi sürücüsü arasında baş verən münaqişə qəza ilə nəticələnib. APA TV-nin xəbərinə görə, Tbilisi prospektiddə müştəri qismində taksiyə əyləşən nəqliyyat müfəttişi bir qədər sonra sürücü ilə mübahisə edərək avtomobili saxlamasını istəyib. Sürücü maşını saxlamayınca müfəttiş əli ilə sükanı sağa çevirib. Yoldan çıxan avtomobil piyada səkisinə çırpılıb. Hadisə nəticəsidnə xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Qəzanı səbəbkarı olan nəqliyyat müfəttişi hadisə yerindən qaçmaq istəyərkən digər taksi sürücüləri tərəfindən tutulub.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları müfəttişi saxlayaraq polis bölməsinə aparıblar. Faktla bağlı Dövlət Yol Polisi idarəsinin Yasamal rayon şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib