Baytarlıq idarələrinə yeni texnikalar alınıb
"Rayon baytarlıq idarələrinə və respublika ərazsində fəaliyyət göstərən ekspertiza labarotoriyalarına müasir texnikalar alınıb. Yaxın günlərdə həmin avadanlıqlar bölgələrə göndəriləcək".
APA TV xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova Dövlət Baytarlıq Xidmətində “2013-cü ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə dair” müşavirə deyib. Hazırda Azərbaycanda epizootik sabitliyin təmin edildiyini bildirən xidmət rəisi bildirib ki, baytarlıq xidməti ölkə üzrə bütün növ heyvanlarda yoluxucu xəstəliklər əleyhinə profilaktik tədbirlər həyata keçirib və hələki, narahatlıq doğuran faktlar aşkarlanmayıb. Bu ildən etibarən daha ciddi yoxlamalar aparılacağını deyən Siyalə Rüstəmova bunun üçün bütün baytarlıq idarələrində maddi texniki bazanın gücləndiriləcəyini bəyan edib.
Son dörd ildə ölkədə heyvanların brusellyoza yoluxma faizi azaldığını deyən xidmət rəisi “quş qripi”nə qarşı da mühüm tədbirlər görüldüyünü bildirib. O deyib ki, ölkədə “quş qripi” xəstəliyinin törədicisinə təsadüf edilməyib.
Müşavirədə rayon və şəhər baytarlıq idarələri rəhbərlərinin hesabatları da dinlənilib.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib