Tarzənin arvadını və nəvəsini ÖLDÜRƏN SÜRÜCÜNÜN KİMLİYİ BİLİNDİ
Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan yol qəzasının digər iştirakçısının adı məlum olub. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəzada iştirak edən digər “Mercedes Galenvagen” markalı, 90 FE 007 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Mədətov Xalid Mübariz oğludur.
Polisdən həmçinin bildirilib ki, hadisədən sonra həmin sürücünün ilkin ifadəsi alınsa da, hələlik heç kim tutulmayıb. Aparılan ekspertizanın nəticələrinə uyğun olaraq, hadisəyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, qəzada mahir tar ifaçısı Ağasəlim Abdullayev özü, avtomobili idarə edən oğlu, gəlini və nəvəsi ağır xəsarət alıb, həyat yoldaşı və daha bir azyaşlı nəvəsi isə ölüb.
Faktla cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib