Azərbaycanının Krımda keçiriləcək refendumla bağlı mövqeyi açıqlandı
"Azərbaycan dövlətlərarası münasibətləri tənzimləyən suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə həmişə riayət edib və edəcək".
APA TV-nin xəbərinə görə, xarici işlər nazirinin müavini Araz Əzimov martın 16-da Krımda keçiriləcək referenduma rəsmi Bakının münasibətini şərh edərkən belə deyib. "Əvvəl tədbir keçirilsin, sonra baxarıq", - deyə nazir müavini əlavə edib.
Araz Əzimov 2014-cü ildən sonra Azərbaycan-Əfqanıstan münasibətlərinin necə inkişaf edəcəyi məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, hər iki dövlət bir-birinin müstəqilliyini tanıyır və əməkdaşlıq edir: "Bu əlaqələr tarixi ənənəyə arxalanır və gələcəkdə də davam edəcək. Təbii ki, NATO-nun İSAF qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra vəziyyət dəyişəcək. Əfqanıstan hökuməti ərazidə vəziyyəti tam təmin edəcək, məsuliyyəti öz üzərinə götürəcək. Azərbaycan dost ölkə olaraq Əfqanıstanla əməkdaşlıq etməyə hazır olacaq".
Diplomat Azərbaycan üzərindən tranzit dəhlizin təmin olunmasının Əfqanıstana tək hərbi məsələlərdə deyil, ümumilikdə təhlükəsizlik və iqtisadi inkişaf məqsədlər üçün də xidmət edəcəyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib