Nazir müavini: "Yarmarkalarda məhsullar ucuz satılacaq"
"Bakıda martın 15-dən başlayacaq yarmarkalar müasir standartlara cavab verəcək".
APA TV-nin xəbərinə görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib. Onun sözlərinə görə, yarmarkaların görünüşünün dəyişməsi ilə bağlı ölkə prezidenti müvafiq sərəncam imzalayıb. Aidiyyatı orqanlara tapşırıqlar verilib: "Bununla əlaqədar, Kənd Təsərrüffatı Nazirliyi aidiyyəti qurumlarla birlikdə yarmarkaların müasir standartlara cavab verməsi üçün müəyyən tədbirlər görür. Martın 15-dən başlayaraq, 5 gün müddətində şəhərin müəyyən ərazilərində yarmarkalar keçiriləcək. Yarmarkaların keçiriləcəyi yerlər örtülü olacaq. Eyni zamanda içərisində sanitar şəraiti, kafesi və tullantılar üçün xüsusi yerləri olacaq".
Nazir müavini bildirib ki, yerli və xarici mütəxəssislərlə bazarlarda monitorinq aparılır. Yarmarkalarda kənd təsərrüfatı məhsulları bazar qiymətindən 40 faizədək aşağı qiymətə satılacaq.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib