Azərbaycanda daşınmaz əmlakla bağlı yeni standart
Azərbaycanda daşınmaz əmlak obyektlərinin ekoloji tələbləri yoxlanılacaq.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Daşınmaz əmlak obyektlərinə ekoloji tələblər” dövlət standartı təsdiqləyib. Standart daşınmaz obyektlərə dair prinsipləri, kateqoriyaları, qiymətləndirmə
kriteriyalarını, indiqatorları, tövsiyyə edilən göstəriciləri və minimal ekoloji
tələbləri təyin edir.
Həmçinin, standart daşınmaz əmlak obyektlərinə, binalara və
tikililərə, onların həyətyanı ərazilərinə qoyulan ekoloji tələbləri müəyyən edir və layihələndirilən, tikilən, yenidən qurulmuş və istismara verilmiş daşınmaz əmlak obyektlərinin bütün kateqoriyalarına şamil olunur.
APA TV-nin xəbərinə görə, yeni təsdiqlənən dövlət standartının tətbiqinə bu il martın 15-dən başlanacaq.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib