YOXA ÇIXAN TƏYYARƏ İLƏ BAĞLI SENSASİON MƏLUMAT
Malayziya aviaşirkətinə məxsus Boeing sərnişin təyyarəsinin itməsi ilə əlaqədar yeni təfərrüatlar ortaya çıxıb. Məlum olub ki, oğurlanmış pasportlarla təyyarəyə minən iki sərnişin əslən İrandan olan qeyri-qanuni immiqrantdır.
APA TV-nin xəbərinə görə, onlardan birinin şəxsiyyəti də müəyyənləşdirilib. Bu, 19 yaşlı Məhəmməd Mehardaddır. Onun şəkli də artıq yayılıb. İran vətəndaşları Avstriya və İtaliya vətəndaşlarının pasportlarını Tailandda oğurlayıblar.
Qeyd edək ki, hazırda 10-dan çox ölkənin təyyarə və gəmiləri ilə axtarışlar davam etdirilir.
"Boinq-777" tipli təyyarənin göyərtəsində 227 sərnişin, 12 ekipaj üzvü olub. Təyyarə ilə əlaqə sonuncu dəfə Vyetnam ərazisindən uçarkən qeydə alınıb. Təyyarədə əksəriyyəti Çindən olmaqla 14 ölkənin vətəndaşları olub. Radarlardan itən təyyarə Malayziyanın paytaxtı Kuala-Lumpurdan Çinin paytaxtı Pekinə uçurmuş.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib