BABƏK PROSPEKTİNDƏ QƏZA: Sərxoş sürücü maşını qoyub qaçdı
Bakının Nizami rayonu, Babək prospektindəki körpüdə qəza baş verib. APA TV-nin xəbərinə görə, "99 DA 768" dövlət nömrə nişanlı "Opel Astra" markalı avtomobillə "85 BT 852" nömrəli "BMW" toqquşub. Qəza nəticəsində sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. Eyni zamanda qəzadan sonra "OPEL"in sürücüsü hadisə yerindən qaçıb. "BMW" də olan sərnişin Kamran Teymurovun verdiyi məlumata görə, qəzanın səbəbkarı olan "OPEL" markalı avtomobilin sürücüsü sərxoş olub. Elə ona görə də hadisə yerindən qaçıb.
Avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıblar. Faktla bağlı Dövlət Yol Polisinin Nizami Rayon Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:21
488
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
530
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
514
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1240
Niderlanda yeni səfir təyin edildi
18:28
1096
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1981