"Mercedes" maneəyə çırpıldı, SÜRÜCÜNÜN MEYİTİ AVTOPMOBİLDƏ SIXILIB QALDI
Bakıda sürücünün ölümü ilə nəticələn yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə Bakı dairəvi yolunun Yasamal rayonundan keçən hissəsində qeydə alınıb. 52 yaşlı Cəfərov İlqar Rəhim oğlu "Mercedes Benz" markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə o, maşını yol ayrıcındakı metal arakəsmələrə çırpıb. Zərbə o qədər güclü olub ki, sürücü avtomobilin içərisində sıxılmış vəziyyətdə qalıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib. Nazirliyin əməkdaşları xüsusi alət və avadanlıqların köməyi ilə sürücü İlqar Cəfərovun meyitini maşından çıxararaq, aidiyyatı üzrə təhvil veriblər.
İlkin ehtimallara görə, qəzaya yüksək sürət səbəb olub.
Faktla bağlı Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib