Bakıda sex yandı
Bakıda televizor təmiri sexində yanğın olub. APA TV-nin xəbərinə görə, hadisə Padamdar qəsəbəsi Tofiq Məmmədov küçəsi - 54 ünvanında qeydə alınıb. Ərazidə olan sakinlər FHN -nin 112 qaynar xəttinə zəng vurublar. Ümumi sahəsi 40 kvadratmetr olan televizor təmir sexi 25 kv.m ərazidə yanıb. Ətrafda olan dərzi sexinə də ziyan dəyib. Obyektin işçiləri əşyaları və avadanlıqları bayıra cıxara biliblər. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət olan olmayıb. İlkin ehtimala görə, yanğına səbəb sexdə elektrik naqılində yaranan qısa qapanma olub.
OXŞAR XƏBƏRLƏR
11:30
111
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
15:19
1085
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
943
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
15:08
1616
Sabaha gözlənilən hava proqnozu açıqlandı
14:45
1175
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
12:38
1172