Krım parlamenti buraxıla bilər
ABŞ Krım probleminin diplomatik yolla həllini təkid edir. APA TV-nin xəbərinə görə, bu sözləri Amerikanın Ukraynadakı səfiri Cefri Payett deyib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar hökuməti hesab edir ki, Krım Ukrayna torpağıdır və belə də qalacaq.
Cefri Payett qeyd edib ki, Ukrayna rəhbərliyi Krımın muxtariyyətinin genişləndirilməsi məsələsini müzakirə etməyə hazırdır. Lakin bu məsələ ilə bağlı səsvermə avtomat altında deyil, qanunun aliliyi əsasında aparılmalıdır. O, Ukrayna və Rusiya rəhbərliyinin bir stol arxasında müzakirə aparmasının vacibliyini vurğulayaraq, ABŞ-ın bu danışıqlarda iştirak etməyə hazır olduğunu bəyan edib.
Yeri gəlmişkən, bu həftə Krım parlamentinin buraxılması təşəbbüsü irəli sürülə bilər. Bu barədə isə jurnalistlərə açıqlamasında "UDAR" fraksiyasının lideri Vitali Kliçko deyib.
Ukraynanın ölkədən qaçmış prezidenti Viktor Yanukoviç də martın 11-də Rostov-Don-da bəyanatla çıxış edəcək. Dəqiq saat və yeri isə daha sonra açıqlanacaq.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib