Dövlət xadimi Süleyman Tatlıyev vəfat edib
Tanınmış ictimai-siyasi və dövlət xadimi, Ticarət və Sənaye Palatasının prezidenti, Prezident təqaüdçüsü Süleyman Tatlıyev vəfat edib.
Süleyman Tatlıyev 1925-ci il fevral ayının 27-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində ali təhsil alıb.
Əmək fəaliyyətinə 1951-ci ildən etibarən Qroznı şəhərindəki yeni neftayırma zavodunda mühəndis kimi başlayan Süleyman Tatlıyev bir çox elmi mərkəzdə və dövlət orqanında rəhbər vəzifələrdə çalışıb.
O, 1985-89-cu illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri olub. Süleyman Tatlıyev 1994-cü ildən ömrünün sonunadək Ticarət və Sənaye Palatasının prezidenti vəzifəsində çalışıb.
O, bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilib.
Süleyman Tatlıyev Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeninə layiq görülüb.
Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib