"Kirov İnstitutu"nun baş həkimi PROFESSOR ƏLİŞİR MUSAYEV DƏM QAZINDAN ZƏHƏRLƏNİB
Quba rayonunun Amsar kəndində dəm qazından zəhərlənmə faktı qeydə alınıb. APA TV-nin məlumatına görə, bağ evində yaşayan Bakı şəhər sakini 65 yaşlı Əlişir Musayev hamam otağında dəm qazından zəhərlənib.
Quba Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Əlişir Musayevin vəziyyətinin ağır stabil olduğu bildirilir.
Qeyd edək ki, Ə. Musayev xalq arasında "Kirov İnstitutu" kimi tanınan Azərbaycan Elmi-Təhqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunun direktoru, tibb elmləri doktoru, professor, əməkdar elm xadimidir.
Faktla bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
15:19
1064
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
931
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
15:08
1610
Sabaha gözlənilən hava proqnozu açıqlandı
14:45
1175
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
12:38
1172
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı
12:22
460