Misirli fələstinlilərin Qəzzaya getməsinə icazə verilib
Misirin Qəzza ilə sərhədindəki Rəfah sərhəd məntəqəsi ümrə ziyarətçiləri və Misirdə qalan fələstinlilər üçün açılıb. Fələstin tərəfi bildirib ki, Misir hökuməti ümrə ziyarətinə gedən 340 nəfərin və Misirdə qalan 300 fələstinlinin sərhəddən keçməsinə şərait yaratmaq üçün bu addımı atıb.
Fələstin hökumətinin sərhəd məntəqələri idarəsinin müdiri Əbu Sübha bildirib ki, Rəfah sərhəd məntəqəsinin yalnız xəstə və təcili ehtiyacları olan şəxslər üçün açıq qalması xahişi ilə rəsmi Qahirəyə müraciət ediblər. Lakin hələlik Misir hökumətindən cavab gəlməyib.
Qeyd edək ki, Misirdə ötən il iyulun 3-də baş vermiş hərbi çevrilişdən sonra Qəzzanın dünya ilə yeganə əlaqə nöqtəsi olan Rəfah sərhəd məntəqəsi yalnız istisna hallarda açılır, əksər vaxtlarda isə bu məntəqədən gediş-gəlişə icazə verilmir.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib