Ata işığa olan pul borcuna görə qızını satmaq istəyir
Türkiyədə ata elektrik enerjisi borcunu ödəmək üçün 14 yaşlı qızını pul müqabilində ərə vermək istəyir. 6 il əvvəl ürəyində və böyrəyindəki problemlər üzündən işdən çıxan Hamet Ayın 2001-ci ildən bu yana elektrik enerjisinə 8 min 137 lirə (təxminən 3700 dollar) borcu yaranıb. Ona borc ödənilməyəcəyi təqdirdə evinin əlindən alınacağına dair xəbərdarlıq məktubu gəlib.
Hamet Ay borcunu ödəmək üçün 14 yaşlı qızını ərə verməyə hazırlaşır. Məlum olub ki, o, bir neçə il əvvəl başqa qızını da pul müqabilində 13 yaşında ərə verib. Ana Zəhra Ay isə həyat yoldaşı işləmədiyindən övladlarını işləmələri üçün məktəbdən çıxardıqlarını etiraf edib.
Ərə verilmək üzrə olan 14 yaşlı Gülər ərə getmək istəmədiyini, amma ailəsinin buna məcbur olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR
17:21
571
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
610
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
594
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1248
Niderlanda yeni səfir təyin edildi
18:28
1101
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1986