Goranboyda 50 yaşlı qadın vəhşicəsinə döyülüb
Goranboy rayonunun Goran qəsəbəsində 50 yaşlı qadın döyülüb. Məleykə Bayramovanın qonşular tərəfindən döyüldüyü deyilir. Qadın ağır vəziyyətdə əvvəlcə Goranboy rayon Mərkəzi Xəstəxanasına, daha sonra Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Xəstəxananın həkimi Məharət Kərimov xəstənin döyülmə nəticəsində xəsarət aldığını deyib: “Məleykə Bayramova Goranboy rayon Mərkəzi Xəstəxanasından Gəncəyə ambulans vasitəsi ilə gətirilib. Xəstə döyülmə nəticəsində xəsarət alıb. Hazırda xəstənin ümumi vəziyyəti orta-ağırdır. Stasionar müalicə təyin olunub”.
Zərərçəkmişin qohumları bildirib ki, iki uşaq anası olan ərsiz qadını qonşuları Anar Əliyev və həmin adamın yaxınları döyüb. Onların sözlərinə görə, Anar Əliyev qadını yaşadığı yeri tərk edərək köçməyə məcbur etmək məqsədilə döyüb.
OXŞAR XƏBƏRLƏR
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı