Lənkəranda avtoxuliqanları aşkarlamaq məqsədilə reydlər keçirilib
Lənkəranda Dövlət Yol Polisinin əməkdaşları rayonun müxtəlif ərazilərində reydlərə başlayıblar. APA TV-nin Cənub bürosunun məlumatına görə, ötən 2 gün ərzində keçirilən reydlər zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan 35 sürücü barəsində inzibati qaydada ölçü götürülüb.
Lənkəran RPİ-nin DYPŞ-nin inspektoru İlkin İsmayılovun sözlərinə görə, avtoxuliqanlıq edənlər əsasən köhnə sovet maşınları olan sürücüləridir. Reydlərdə məqsəd avtoxuliqanların, eləcə də sərxoş sürücüləri aşkarlamaq olub.
Tədbirlər zamanı nəqliyyat vasitələrinin konstruksiyalarına əlavə düzəlişlər, görüntünü məhdudlaşdıran yan pərdələr, səs gücləndiricilər aşkar edilib.
Qanunu pozan sürücülərin avtomaşınları yol hərəkətindən kənarlaşdırılaraq müvəqqəti dayanacağa aparılıb. Sərxoş olan və kobud qayda pozuntularına yol verən sürücülərə barədə İnzibati Xətalar Məcəlləsinin 296. 1 maddəsi ilə təhqiqat başlanıb, barələrində materiallar toplanılaraq məhkəməyə göndərilib.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib