AĞ EV: UKRAYNANI RUSİYANIN QAZ ASILILIĞINDAN QURTARACAĞIQ
Ukrayna ilə “Qazprom” arasında müqavilə ilə bağlı fikir ayrılığı hələlik Avropa Birliyini enerji çatışmazlığı təhlükəsi ilə üz-üzə qoymur. Bu barədə Ağ Evin nümayəndəsi Coş Ernst deyib. Onun sözlərinə görə, qış fəsli mülayim keçdiyinə görə, Avropa və Ukraynanın qaz anbarlarında kifayət qədər sıxılmış mavi yanacaq ehtiyatları var. Ağ Ev təmsilçisi bildirib ki, ABŞ Ukraynaya Rusiyanın enerji asılılığından qurtarmağa kömək edəcək. Lakin onun sözlərinə görə, ABŞ-dan Ukraynaya ilk yanacaq nəqlini 2015-ci ilin sonundan tez gözləmək olmaz.
Xatırladaq ki, “Qazprom”un rəhbəri Aleksey Miller Ukraynanın Rusiyaya qaz borcunun 1,5 milyard dollara çatdığını deyib. O əlavə edib ki, ötən il Ukrayna istifadə etdiyi mavi yanacağa görə cəmi 1,3 milyard dollar ödəyib. Bu isə ümumi borcun cəmi 50 faizi qədərdir. Rusiyanın energetika və kömür sənayesi naziri Yuri Prodan isə bildirib ki, ölkəsi bundan sonra Ukraynaya satdığı mavi yanacağın qiymətində endirim etməyəcək.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib