Qohumunun evini yardı
Saatlıda oğurluq faktının üstü açılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Hadisə martın 4-də rayonun Qıraqlı kəndində baş verib. APA TV xəbər verir ki, kənd sakini Zakir Alışanov ona məxsus evdən qızıl zinət əşyalarının oğurlandığı haqda polisə məlumat verib. Məlum olub ki, evdən umumi dəyəri 2500 manat olan 1 ədəd boyunbağı, 1 ədəd qolbağı və 1 ədəd üzük oğurlanıb. Polis əməliyyat-axtarış tədbirlərinə başlayıb. Ev sahibinin qohumu Alışanov Ceyhun Hidayət oğlu əməliyyat zamanı şübhəli şəxs qismində saxlanılıb. Polis şöbəsinə gətirilən Ceyhun Alışanov cinayəti törətdiyini etiraf edib.
Əvvələr məhkumluğu olmayan Ceyhun cinayəti sərxoşkən törətdyi söyləyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
17:21
608
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
650
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
629
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1251
Niderlanda yeni səfir təyin edildi
18:28
1105
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1989