Suriya ordusu Hələbi bombaladı
Suriya ordusunun helikopteri Hələb şəhərinin müxalifətin nəzarətində olan rayonlarını bombalayıb. Məlumata görə, bombardman nəticəsində azı 13 nəfər ölüb, çoxlu sayda yaralı var.
APA TV-nin xəbərinə görə, Hələbdəki yerli fəallardan Mustafa Sultan bildirib ki, hava hücumu nəticəsində bəzi binalar yerlə bir olub, onlarla evə ziyan dəyib.
Mülki müdafiə dəstələri dağılan evlərin qalıqları altından cəsədləri və yaralıları çıxarıblar.
Hələbdən gələn məlumatlara görə, ardıcıl hava hücumları nəticəsində Hələbin müxalifətin nəzarətində olan hissəsi xarabalığa çevrilib.
OXŞAR XƏBƏRLƏR
17:21
608
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
650
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
629
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1251
Niderlanda yeni səfir təyin edildi
18:28
1105
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1989