Qəddafinin daha bir oğlu Liviyaya təhvil verildi
Niger dövləti Liviyanın öldürülən lideri Müəmmar Qəddəfinin üçüncü oğlu Səid Qəddafini Tripoliyə ekstradisiya edib. Bu barədə Liviya hökuməti məlumat yayıb. Yerli mətbuatın verdiyi məlumata görə, 2011-ci ildə ölkədə vətəndaş müharibəsi getdiyi zaman Niger dövləti 40 yaşlı Səid Qəddafiyə ölkəsində yaşamaq hüququ verib. Ötən ilin fevralında mətbuatda atasının hakimyyətdən uzaqlaşdırılmasının səbəblərini, indiki hökumətin gördüyü işlərdən danışan Səid Qəddafi Liviyanın indiki rəhbərlərinin qəzəbinə tuş gəlib. İki ölkə arasında ekstradisiya müqaviləsi olduğundan hökumət onun təhvil verilməsini tələb edib. Niger dövlətinə Səid Qəddafinin barəsində dövlət əmlakını mənimsəmə, talama, külli miqdarda ziyan vurma maddələri ilə cinayət işinin başlandığı bildirilib.
Qəddafinin ikinci oğlu Seyf-əl İslamın məhkəməsi hələ davam edir. O, qanunsuz silahlı birləşmə yaratma, xüsusi amansızlıqla törədilən kütləvi insan ölümlərinin təşkilində təqsirli bilinir.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib