"Opel"lə "Toyota" toqquşdu, hər iki maşın hasara çırpıldı
Bakının Səbayel rayonu, Neftçilər prospektində yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Dəniz Vağzalı yaxınlığında "90 GT 938" dövlət nömrə nişanlı "Opel Astra" markalı avtomobillə "10 NF 384" nömrəli "Toyota Corolla" toqquşub. Toqquşmanın təsiri güclü olduğundan hər iki avtomobil yoldan çıxaraq, yaxınlıqdakı tikintinin hasarına çırpılıb. Qəzada sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Səbayel Rayon Şöbəsinin əməkdaşları gəliblər. Hər iki sürücü içki müayinəsindən keçirilib.
Hadisəyə səbəb kimi "Opel Astra" markalı avtomobilin sürücüsünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi göstərilib.
Faktla bağlı Dövlət Yol Polisinin Səbayel Rayon Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib