Ucar sakini narkotik maddə satarkən həbs olundu
Ucar rayonu, Qarabörk kənd sakini Fəqan Abışov qanunsuz olaraq əldə etdiyi qurudulmuş marixuananı satarkən həbs edilib. O, çəkisi 45 qram olan narkotik vasitəni 6 qab kibrit qutusunda qablaşdıraraq Zərdab rayonunda şərti alıcıya 420 manat müqabilində satmaq istəyib. Fəqan Abışov Zərdab rayon polis şöbəsinin əməkdaşları tərəfindən iş başında yaxalanıb.
Zərdab Rayon Polis Şöbəsinin baş müstəntiqi Nazim Əhmədov bildirib ki, aparılmış əməliyyat tədbirləri nəticəsində əlavə olaraq saxladığı 387 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Fəqan Abışov narkotik vasitəni tapdığını, narkotik vasitəni qəbul etdiyinə və satdığına görə peşmançılığını bildirib. Fakta bağlı Zərdab Rayon Polis Şöbəsində cinayət işi qaldırılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib