Binəqədidə zəncirvari qəza: 4 MAŞIN TOQQUŞDU
Gecə saatlarında Bakının Binəqədi rayonunda zəncirvari yol qəzası baş verib. APA TV-nin məlumatına görə, Abay Kunanbayev küçəsində dörd avtomobil bir-birinə dəyib. Əvvəlcə "Mercedes" və VAZ-2107 markalı avtomobillər toqquşub. Toqquşan maşınlar zərbənin gücündən yoldan keçən başqa bir “VAZ-2107” və "Renault" markalı avtomobillərə çırpılıblar. Qəzadan sonra "Mercedes"in qadın sürücüsünün hadisə yerini tərk edib. Binəqədi rayon Polis İdarəsinin müstəntiqi Elşən Camalov isə jurnalistlərə bildirib ki, hadisə yerini tərk etdiyi bildirilən qadın sürücü xəstəxanaya müraciət edib. Müstəntiq qəzanın səbəbkarının hələlik məlum olmadığını bildirib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:21
638
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
682
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
658
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1253
Niderlanda yeni səfir təyin edildi
18:28
1108
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1992