ABŞ Rusiya ilə ticarət və investisiya danışıqlarını dondurdu!
ABŞ Ukrayna ilə münaqişə həll olunana qədər Rusiya ilə ticarət və investisiya məsələlərinə dair bütün danışıqları dayandırdığını bəyan edib. Bundan əvvəl isə ABŞ Rusiya ilə hərbi əlaqələri dayandırıb. Pentaqonun mətbuat katibi kontr-admiral Con Kirbi bildirib ki, Rusiya Ukraynada münaqişənin deeskalasiyasına nail olmalı, Krımdakı qoşunlarını öz bazalarına qaytarmalıdır, buna qədər isə ABŞ bütün birgə hərbi təlimləri, danışıqları səfər və konfransları təxirə salır.
Rusiya isə Ukrayna məsələsinə görə Qərblə danışıqlara başlamağın şərtlərini açıqlayıb. Xarici İşlər Nazirliyindən bildiriblər ki, razılıq iki şərt daxilində əldə oluna bilər - Ukraynada Konstitusiya islahatı keçirilməli, koalisiya hökuməti yaradılmalı, danışıqlar prosesinə ölkənin bütün siyasi qüvvələri cəlb olunmalıdır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib