Mohd Qasem: "Azərbaycan Əfqanıstanın dostu və qardaşıdır"
Əfqanıstan İSAF missiyasının müddəti bitdikdən sonra da sabitliyin bərpasında Azərbaycanın kömək göstərəcəyinə ümid edir.
APA TV-nin xəbərinə görə, bu sözləri Əfqanıstanın Müdafiə Nazirliyinin ümumi hərbi siyasət və insan resurları şöbəsinin müdiri Mohd Qasem Vardak deyib.
O, Azərbaycanın Əfqanıstanın dostu və qardaşı olduğunu bildirib: "Azərbaycanla Əfqanıstanın oxşar problemləri olub. Müstəqillik əldə etdikdən sonra Azərbaycan çətinliklərlə qarşılaşıb və onları dəf edib. Biz ölkənizin inkişaf templərinə görə sevinirik. Ümid edirik ki, Azərbaycan eyni problemlərlə üzləşən Əfqanıstana yardım edəcək, 2014-cü ildən sonra da Əfqanıstanda fəaliyyət göstərəcək".
Əfqanıstan Müdafiə Nazirliyinin şöbə müdiri Mohd Qasem Vardak ADA Universitetində keçirilən Əfqanıstanın yüksək vəzifəli şəxsləri üçün keçirilən seminar çərçivəsində Bakıda səfərdədir.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib