Ərdoğan Fətullah Güləni vətən xaini adlandırdı
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan nurçuların lideri Fətullah Gülənin ünvanına sərt ifadələr işlədib. APA TV-nin xəbərinə görə, Muğla bölgəsindəki seçki mitinqində Fətullah Güləni insanları şantaj etməkdə, məmurların, sənətçilərin, jurnalistlərin telefon danışıqlarının dinlənilməsinin təşkilində ittiham edib.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, üç ildə 3000-dən çox adamın danışıqları dinlənilib. O, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunu Fətullah Gülən tərəfindən ötürülən səs yazılarını ictimailəşdirməkdə günahdandırıb.
Rəcəb Tayyib Ərdoğan Fətullah Güləni dövlətinə, millətinə xəyanətdə ittiham edib. Baş nazir Türkiyə əhalisini övladlarını Fətullah Gülənin açdığı məktəblərdən çıxarmağa çağırıb.
Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalı isə Manisadakı mitinqdə baş nazir Rəcəb Tayyib Ərdoğanın "şantaj", "montaj", "paralel dövlət" iddiaları ilə icimaiyyəti aldatdığını bəyan edib.
Dövlət Baxçalı bəyan edib ki, martın 30-da keçiriləcək seçkilərdə Türkiyə vətəndaşları hazırkı iqtidarın namizədlərinə səs verməyəcək.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib