Rusiya "Böyük səkkizlik"dən çıxarılacaq
Rusiya "Böyük səkkizlik"dən çıxarıla bilər. Bu barədə Fransanın xaric işlər naziri Loran Fabius yerli mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, böyük ehtimalla, Rusiyanı tezliklə bu formatdan çıxaracaqlar, çünki o təşkilatın prinsiplərini pozub. "Biz Rusiyanın hərbi müdaxiləsini pisləyirik" - deyə o bəyan edib. Fransa xarici işlər naziri ABŞ və Kanada kimi ölkəsinin Soçidə keçiriləcək G8 sammitinə hazırlığı dayandırdığını bildirib. Loran Fabius Ukraynanı siyasi böhrandan xilas etmək üçün Rusiyanı vasitəçilərə yardım etməyə çağırıb. "Rusiya bizim ənənəvi dostumuzdur. Biz istəyirik ki, o silahlı təhdiddən əl çəksin"- deyə Fabius əlavə edib.
OXŞAR XƏBƏRLƏR
17:21
717
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
762
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
736
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1258
Niderlanda yeni səfir təyin edildi
18:28
1113
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1994