Ukrayna hərbi təyyarələr üçün hava məkanını bağladı
Ukrayna hakimiyyəti hava məkanını hərbi təyyarələr üçün bağladı. Bu barədə prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinov göstəriş verib. Onun sözlərinə görə, sərnişin təyyarələri üçün bu qərar keçərli deyil. Bütün hava limanlarının ciddi nəzarətə götürüldüyü də verilən xəbərlər sırasındadır. Turçinov əlavə edib ki, hər hansı hərbi obyektə hücum Rusiyanın Ukraynaya qarşı zor tətbiq etməsi kimi qiymətləndiriləcək. Onun fikrincə Federasiya Şurasının Putinin Ukrayna ərazisinə qoşun yeritməsinə razılıq verməsi ölkəsinə qarşı müharibənin başlanmasıdır. Turçinov xarici tərəfdarlardan kömək istəyib. Baş nazir səlahiyyətlərini icra edən Arseni Yasenyuk bəyan edib ki, Rusiya ilə ölkəsinin arsında olan razılaşmalara görə, rəsmi Moskvanın Ukraynanın ərazisində 6 minlik qoşun saxlamağa ixtiyarı yoxdur. Bu arada KİV-lər Ukrayna ərzisndə hərbi hissələrin Rusiya qoşunları tərəfindən nəzarətə götürüldüyü barədə məlumatlar verir.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib