UKRAYNADA SƏFƏRBƏRLİK ELAN OLUNDU
Ukraynada martın 2-dən etibarən ümumi hərbi səfərbərlik başlayıb. Bu barədə Birinci Milli Telekanalın efirində, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy bəyan edib. Məlumata görə, ümumi səfərbərlik Rusiya tərəfindən hərbi müdaxilə təhlükəsinin olması ilə bağlı elan olunub.
Bu arada ABŞ Soçidə keçiriləcək “Böyük Səkkizlik” sammitində iştiraka hazırlığını dayandırıb. Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, bunu Birləşmiş Ştatların prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı deyib. Obama bəyan edib ki, Krıma qoşun yeritməklə Rusiya açıq şəkildə Ukraynanın suverenliyini pozub. Ağ evin yaydığı məlumatda bildirir ki, əgər Rusiya Ukraynada baş verənlərdən narahatdırsa, bunu sülh yolu ilə edə bilər. Beynəlxalq hüququ pozmağa davam etməsi isə bu ölkənin siyasi və iqtisadi cəhətdən təcrid olunmasına gətirib çıxaracaq.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib