NATO-nun baş katibi: "Rusiya Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinə hörmət etməlidir"
NATO-nun baş katibi Anders Foq Rasmussen Rusiyanı Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıb. APA TV-nin “UNİAN”a istinadən verdiyi xəbərə görə, o bu barədə öz “twitter” səhifəsində yazıb. “Rusiya Ukraynanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinə hörmət etməlidir, bu həmçinin Rusiya qoşunlarının Ukrayna ərazisində irəliləməsinə də aiddir”, deyə o bildirib və Krımda vəziyyətin təcili normallaşmasının vacibliyini əlavə edib. “NATO müttəfiqləri sıx əlaqələndirməni davam etdirməlidirlər” deyə NATO-nun baş katibi vurğulayıb.
Rusiya Federasiyası Şurasının spikeri Valentina Matviyenko isə ABŞ və NATO-nun Ukraynaya qoşun yeritmə ehtimalını şərh edərkən bəyan edib ki, NATO-nun Ukraynaya qoşun yeritməyə heç bir əsası yoxdur. “Biz NATO və ABŞ-a Ukraynaya qoşun yeritməyə razılıq verməmişik” deyə Matviyenko bildirib.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib