Xarkov və Donetskdə Rusiya bayraqları qaldırıldı
Ukraynanın Xarkov və Donetsk şəhərlərində vilayət rəhbərliklərinin binalarından Ukrayna bayrağı endirilərək yerinə Rusiya bayraqları taxılıb. Hər iki şəhərdə mitinqlər keçirilib. Donetskdə kütlə özünü Donbas xalq dəstələrinin komandiri adlandıran Pavel Qubarevi “xalq qubernatoru” seçib. Qubarev deyib ki, güc strukturları yeni seçkilərə qədər ona tabe olmalıdır. Kütlə Ukrayna bayraqlarını cırıb, “Rədd olsun Bandera!”, “Donetsk Rusiya şəhəridir!” kimi şüarlar səsləndiriblər.
Xarkovda isə Maydan tərəfdarları ilə Rusiya tərəfdarları arasında dava düşüb. Əvvəl maydançılar Rusiya bayrağını endirərək Ukrayna bayrağını asa biliblər. Sonradan Rusiya tərəfdarları qələbə çalıb və Rusiya bayrağını yenidən vilayət rəhbərliyinin binasında qaldırıblar.
OXŞAR XƏBƏRLƏR
17:21
752
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
799
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
769
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1261
Niderlanda yeni səfir təyin edildi
18:28
1116
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1998